Karlos Alkaras karyerasında ilk dəfə "Rolan Qarros"u qazandı

10 İyun, 12:00 Sosial mediada paylaşın:
Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” seriyalı tennis turniri - “Rolan-Qaros”a yekun vurulub. Kişilərin finalında Karlos Alkaras və Aleksandr Zverev üz-üzə gəlib. Rəqibini iki breyk qabaqlayan Alkaras ilk seti aktivinə yazdırıb. Sonrakı iki hissədə hadisələr Zverevin xeyrinə cərəyan edib. Nəticədə almaniyalı raketka ustası üçüncü setdən sonra ümumi hesabda önə çıxıb. Lakin onun bundan artığına gücü çatmayıb. Geri düşməsinə baxmayaraq, dönüş edən Alkaras 4-cü və 5-ci setlərdə üstün olaraq qələbəni rəsmiləşdirib - 3:2. “Rolan-Qaros”da ilk dəfə çempion olan 21 yaşlı tennisçi 3-cü “Böyük dəbilqə”sini qazanıb. Daha öncə “US Open” və “Vimbldon”da fəxri mükafata sahib çıxan ispan atlet torpaq, ot və sərt örtüklü kortlarda keçirilən “Böyük dəbilqə” yarışlarında qalib olan ən gənc idmançı kimi tarixə düşüb. Əlavə edək ki, titullarının sayını 14-ə çatdıran Karlos Alkaras dünya reytinqində 2-ci pilləyə yüksəlib.

CANLI YAYIM