Sərbəst güləş millimiz Avropa birinciliyini 5 medalla başa vurub

27 May, 11:00 Sosial mediada paylaşın:
Bakıda 23 yaşadək güləşçilərin Avropa çempionatı yekunlaşıb.
Yarışların son günündə sərbəst güləşçilərimiz daha 3 medal qazanıblar. Onlardan  74 kq-da  Cəbrayıl Qadjiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qitə çempionu olub. 61 kqda Nurəddin Novruzov və 86 kqdakı təmsilçimiz Arseni Djioyev isə bürünc medal əldə edib. Bununla da sərbəst güləşçilərimiz yarışı 5 mükafatla başa vurublar.  Daha əvvəl Kənan Heybətov və Ali Tsokayev gün gümüş medal qazanmışdı. Xatırladaq ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə kollektivimiz komanda hesabında qalib olub. Bir dəst medal əldə edən qadınlardan ibarət millimiz isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub. Əlavə edək ki, Avropa çempionatının həlledici görüşləri “İdman TV”də canlı yayımlanıb.

CANLI YAYIM