"Neftçi" Kilan Lebonla müqavilə müddətini yeniləyəcək

17 Aprel, 09:00 Sosial mediada paylaşın:
“Neftçi" klubu legionerlərindən biri ilə müqaviləni artırmağı düşünür.
Kilan Lebonla aparılan danışıqlar uğurla nəticələnib.  2023-cü ilin yanvarında Azərbaycana dəvət olunmuş fransalı legioner növbəti 2 mövsümü də ölkəmizdə keçirəcək.  Hazırkı sözləşməsi iyunda başa çatacaq 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə şərtləri razılaşdırılıb. Futbolçunun hələ 1,5 illik müqaviləsi qüvvədə olsa da, rəhbərlik legionerə gələn təklifləri nəzərə alaraq  anlaşmanın daha uzunmüddətli olmasını lazım bilib. Yeni şərtlərə görə, Sent Martin millisinin üzvünün əməkhaqqısı da artırılıb.

CANLI YAYIM