Monte-Karloda "Masters” seriyalı turnirə yekun vurulub.
Yarışın finalında Kasper Ruud və Stefanos Çiçipas üz-üzə gəlib. Görüşə yaxşı başlayan Stefanos üç breyk edərək ilk seti aktivinə yazdırıb. İkinci hissənin taleyi 10-cu qeymdə həll olunub. Norveçli rəqibinin servis oyununda xal qazanan Stefanos Çiçipas qələbəni rəsmiləşdirib - 6:1, 6:4. Beləliklə, yunanıstanlı raketka ustası Monte-Karlo turnirində üçüncü, ümumilikdə isə 11-ci titulunu qazanıb. O, Rafael Nadal, Byorn Borq, Tomas Muster və İlie Nastasedən sonra bu yarışda ən azı 3 dəfə fəxri mükafata sahib çıxan 5-ci tennisçi kimi tarixə düşüb. Qeyd edək ki, Çiçipas qələbə sayəsində dünya reytinqində 7-ci pilləyə yüksəlib. Finalda məğlub olan Kasper Ruud isə yeni açıqlanan ATP siyahısında 6-cı sırada qərarlaşıb. Xatırladaq ki, Monte–Karlo turnirini canlı yayımlayan “İdman TV”də il ərzində tennis azarkeşləri “Masters” seriyalı yarışları izləyə biləcəklər.