"Atletiko" 4-cü pilləyə qayıtdı

2 Aprel, 12:15 Sosial mediada paylaşın:
İspaniya La Liqasında 30-cu turun sonuncu oyununda ön pillələr uğrunda mübarizə aparan “Atletiko” Madrid orta sıralarda olan “Vilyarreal”ın qonağı olub. Paytaxt klubu 9-cu dəqiqədə önə çıxıb. Aksel Vitsel hesabı açıb. İlk hissədə başqa qol olmayıb. Fasilədən sonra “Vilyarreal” tarazlığı bərpa edib. 50-ci dəqiqədə Aleksandr Sörlot hesabı bərabərləşdirib. Qarşılaşmada uzun müddət hesab dəyişməyib. Görüşün taleyini həll edən qol vaxtın bitməsinə 3 dəqiqə qalmış vurulub. Saul Niges fərqlənərək “Atletiko”ya 2:1 hesablı qələbə qazandırıb. Beləliklə xallarının sayını 58-ə çatdıran Madrid klubu ilk 4-lüyə qayıdıb. “Jirona” 65 xalla 3-cü, “Barselona” 67 xalla 2-cidir. “Real” Madrid 75 xalla zirvədədir. “Vilyarreal” isə ardıcıl 4 qələbədən sonra uduzub. Komanda hazırda 38 xalla 10-cudur.

CANLI YAYIM