Sinner "Mayami Masters"in qalibi oldu

1 Aprel, 16:00 Sosial mediada paylaşın:
Mayamidə Masters seriyalı turnirin finalıda Yannik Sinner və Qriqor Dimitrov üz-üzə gəlib. Görüşə daha yaxşı başlayan Sinner 5-ci və 9-cu qeymlərdə breyk edərək ilk seti aktivinə yazdırıb. İkinci hissə də italiyalı raketka ustasının üstünlüyü şəraitində keçib. Bolqarıstanlı rəqibinin cəmi 1 qeym qazanmasına imkan verən Yannik qələbəni rəsmiləşdirib - 6:3 və 6:1.
Beləliklə, o, "Masters" yarışlarında ikinci, ümumilikdə isə 13-cü titulunu qazanıb. Cari mövsümdə "Australian Open" və "Rotterdam" turnirlərində də fəxri mükafata sahib çıxan 22 yaşlı tennisçi yeni açıqlanan dünya reytinqində ikinci pilləyə yüksələrək karyerasının ən yaxşı nəticəsinə imza atıb. Xatırladaq ki, Sinner daha öncə 2021 və 2023-cü illərdə "Miami Open"də finala çıxsa da, hər iki cəhddə həlledici matçda məğlub olmuşdu.

CANLI YAYIM