Ölkə çempionatında 28-ci tura Sumqayıtda yekun vuruldu

1 Aprel, 12:20 Sosial mediada paylaşın:
Misli Premyer Liqasında 28-ci tura Sumqayıtda yekun vurulub.
Şəhərin eyniadlı komandası “Araz Naxçıvan”ı qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Kasimir Ninqa “Sumqayıt”a minimal hesablı qələbə qazandırıb. Qalibiyyət sayəsində “Sumqayıt” 42 xalla turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Komanda “Zirə” ilə eyni sayda xal toplasa da daha yaxşı top fərqinə görə rəqibindən geri qalıb. 2-ci pillədə olan “Neftçi” isə bu iki klubu cəmi 1 xal qabaqlayır. Xatırladaq ki, 69 xalla zirvədə qərarlaşan “Qarabağ” sona 8 tur qalmış çempionluğunu təmin edib.

CANLI YAYIM