Juninyo "Tuluza"ya keçə bilər

29 Mart, 12:00 Sosial mediada paylaşın:
"Qarabağ"ın forvardı Juninyo karyerasını Fransada davam etdirə bilər.
"Tuluza" braziliyalı hücumçunun keçidində maraqlıdır. Hətta bu məsələdə Fransa klubunun rəsmisi Damien Komollinin həlledici rol oynadığı bildirilir. Mövsümün sonunda Juninyonun “Qarabağ”dan ayrılaraq “Tuluza” ilə rəsmi müqavilə imzalayacağı iddia olunur. "Qarabağ"a mövsümün əvvəlində keçən 27 yaşlı hücumçu 2026-cı il iyunun 30-na qədər Ağdam klubuna məxsusdur.

CANLI YAYIM