İspaniya - Braziliya oyununda 6 qol və heç-heçə

27 Mart, 12:15 Sosial mediada paylaşın:
İspaniya millisi “Santiaqo Bernabeu” stadionunda Braziliya seçməsi ilə üz-üzə gəlib. Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb. İlk hissədə meydan sahibləri minimal fərqlə üstün olub. Rodri və Dani Olmo rəqib qapısına yol tapıb. Cənubi Amerikalılardan isə Rodriqo diqqət mərkəzinə düşüb. İkinci hissədə Endrik hesabı bərabərləşdirib. 87-ci dəqiqədə Rodri bu dəfə də penaltidən yararlanaraq dubl edib. Lakin əsas vaxta artırılan 7-ci dəqiqədə Lukas Paketa da 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib: İspaniya – Braziliya 3:3.
İngiltərə - Belçika matçında da bərabərlik qeydə alınıb. “Uembli” stadionunda keçirilən matçda meydan sahiblərinin heyətindən İvan Toni və Cud Bellingem rəqib qapısına yol tapıb. Qonaqlardan isə Yuri Tilemans dubl müəllifi olub: İngiltərə - Belçika 2:2.
Yoldaşlıq görüşlərində Fransa seçməsini məğlub edən Almaniya millisi bu dəfə Niderland futbolçularından güclü olub. Hərçənd Frankfurt şəhərində keçirilən matçda hesabı qonaqlar açıblar. Coy Verman komandasını sevindirib. 11-ci dəqiqədə Maksimillian Midelştadt tarazlığı bərpa edib. İkinci hissədə isə Niklas Fyülkruq Almaniya millisinə qələbə qazandıran qolun müəllifi olub. Almaniya – Niderland 2:1.

CANLI YAYIM