"Latsio"nun yeni baş məşqçisi müəyyənləşib

19 Mart, 12:00 Sosial mediada paylaşın:
A Seriyasında mübarizə aparan “Latsio” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Xorvatiyalı mütəxəsəssis İqor Tudor  mövsümün sonuna qədər bu klubu çalışdıracaq. Nəticələr rəhbərliyi qane edəcəyi halda, Tudorla müqavilə müddəti yenilənəcək. Xatırladaq ki, İqor məşqçilik karyerasına 2013-cü ildə Xorvatiyanın “Hayduk” klubunda başlayıb. O, bu müddət ərzində Yunanıstanın PAOK, Türkiyənin “Karabükspor”, “Qalatasaray”, İtaliyanın “Udineze”, “Verona” və Fransanın “Marsel” klublarını çalışdırıb. Hazırda “Latsio” A Seriyasında 29 turdan sonra 43 xalla 9-cu sırada qərarlaşıb. Bir müddət əvvəl Roma təmsilçisinin baş məşqçisi Mauritsio Sarri ardıcıl məğlubiyyətlərə görə istefa vermişdi.

CANLI YAYIM