"Fənərbağça" Super Liqadan çıxacaq?

19 Mart, 11:30 Sosial mediada paylaşın:
2023-2024 mövsümü Türkiyə çempionatında yaşanan hadisələr bütün Avropanın diqqət mərkəzindədir.
Dekabr ayında əvvəlcə hakim Halil Umut Melerə olan hücum, ardınca isə “İstanbulspor” klubu rəhbərliyinin görüşü yarımçıq saxlayaraq futbolçuları meydandan çəkməsi uzun müzakirələrə səbəb oldu. Sonradan Səudiyyə Ərəbistanında keçirilməli olan Türkiyə Super Kuboku matçının təxirə salınması isə olayları daha da geniş miqyasa daşıdı. Super liqanın 30-cu turunda, “Trabzonspor” – “Fənərbağça” matçında yaşanan hadisələrin şiddəti əks etdirməsindən sonra Türkiyə futbolu yenidən çalxalandı. Bu dəfə matçın iştirakçılarından – “Fənərbağça” rəhbərliyi təcili konqres iclası yaradaraq vəziyyətlə bağlı qərarını bildirib. Klubun prezidenti Ali Koç Super Liqadan çəkilmək istədiklərini və mübarizəni daha aşağı liqalarda davam etdirməyə maraqlı olduqlarını söyləyib. Verilən qərarın aprelin 2-də qüvvəyə minib-minməyəcəyi dəqiqləşəcək.

CANLI YAYIM