UEFA növbəti mövsüm üçün yeni reqlamenti təsdiqləyib

3 Mart, 10:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının yeni formatını təsdiqləyib. Növbəti mövsümdən qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində 36 komanda iştirak edəcək.
Çempionat İsveçrə sistemi ilə təşkil olunacaq və hər komanda 4-ü ev və 4 səfərdə olmaqla bu mərhələdə 8 oyun keçirəcək. Nəticədə ilk 8 pilləni tutan komanda pley-offa vəsiqə qazanacaq. 9-dan 24-cü yerə qədər qərarlaşan komandalar isə ilk 8 komandaya qoşulmaq üçün keçid pley-off mərhələsində qüvvəsini sınayacaq. 25-36-cı yeri tutan komandalar isə Avrokubok turnirlərində mübarizə aparacaq. Xatırladaq ki, buna qədər UEFA Çempionlar Liqasını tam fərqli formatda keçirməyi qərara almışdı. Planlaşdırılan, amma həyata keçməyən reqlamentə əsasən 32 komanda iki fərqli qrupa bölünməli idi. Nəticədə fərqli seqmentlərdə yüksək yerləri tutan komandalar İsveçrə sistemi ilə mübarizə apardıqdan sonra pley-off mərhələsinə vəsiqə qazancaqdı. Amma göründüyü kimi, qitənin ali futbol qurumu daha cəlbedici varianta üstünlük verib. Yeri gəlmşkən, UEFA-nın reytinqində son mövsümə əsasən ilk 2 pilləni tutan iki ölkənin komandası növbəti Çempionlar Liqasında 5 komanda ilə təmsil olunacaq. Hazırda Almaniya və İtaliya bu göstəricidə ən üst pillələrdə qərarlaşıb. Xatırladaq ki, növbəti mövsümdən Azərbaycan çempionu 36 ən yaxşı komanda sırasına yüksəlmək üçün təsnifat mərhələlərində mübarizə aparacaq.

CANLI YAYIM