Finlandiya və Norveçdə dünya kubokunun mərhələ yarışları başa çatdı

2 Mart, 11:20 Sosial mediada paylaşın:
Xizək idmanı üzrə dünya dünya kubokunun 12-ci mərhələsi başa çatıb.
Finlandiyanın Lahti şəhərində təşkil olunan yarışın sonuncu günündə qış idman növlərinin həvəskarları sərbəst üslubda sprinterlərin mübarizəsinə şahidlik edib. Qadınların yarışında Kristine Stavos Şistad uğur qazanıb. Norveçli xizəkçi 1,3 km məsafəni 3 dəqiqəyə qət edib. Ondan 0,76 saniyə geridə qalan almaniyalı Koletta Riddek ikinci olub. İsveçli Mayya Dalkvist isə fəxri kürsünün 3-cü piləsinə yüksəlib. Kişilərin yarışında isə 5 qat olimpiya çempionu Yohannes Klebo diqqət mərkəzinə düşüb. Norveçli idmançı 1,3 km məsafəni 2 dəqiqə 43,9 saniyəyə geridə qoyub.Qeyd edək ki, Klebo Lahtidə keçirilən 3 mərhələnin hamısında qalib gəlib. Liderdən 0,4 saniyə geridə qalan fransalı Lüka Şanava 2-ci, isveçrəli Valerio Qrond isə 1 dəqiqəlik yubanma ilə 3-cü olub.  Şəxsi birinciliyə gəlincə, qadınların yarışına 2352 xalla amerikalı Cessika Diqqins, kişilərin yarışına isə 2194 xalla norveçli Harald Estberq Amundsen başçılıq edir.
Norveçin paytaxtı OslonunHolmenkollen məntəqəsində keçirilən biatlon üzrə dünya kubokunun 7-ci mərhələsində isə yerli idmançılar müvəffəqiyyət əldə edib. Turnirin son günündə kişilərdən ibarət Norveç millisi supermikst estafet yarışında 1-ci yerə çıxıb. Skandinaviya təmsilçisinə qalib gəlmək üçün  38 dəqiqə 43,6 saniyə kifayət edib. Norveç yığmasından 0,1 saniyə geridə qalan İsveç seçməsi ikinci olub. Finlandiya biatlonçuları isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.   

CANLI YAYIM