Formula 1-də yeni mövsümə start verilir

28 Fevral, 10:05 Sosial mediada paylaşın:
Formula 1-də yeni mövsümə start verilib.
Bəhreynin Sahir trassında təsnifat mərhələsi ərəfəsində komandalar sərəbst yürüşlərdə bolidlərini sınaqdan keçirib. Günün ilk yarısında RB komandasının pilotu Daniel Rikkardo diqqət mərkəzinə düşüb. Trassda 23 dövrə vuran avstraliyalı pilot 1 dəqiqə 32,8 saniyəlik ən yaxşı dövrə göstəricisi ilə birinci olub. “Maklaren”dən Lando Norris ikinci ən yaxşı nəticə göstərib. Onun komanda yoldaşı Oskar Piastri isə 3-cü yerə çıxıb. Günün son yarışında isə “Mersedes” pilotları xüsusi fəallığı ilə seçilib. 7 qat dünya çempionu Lüis Hemilton trassda 1 dəqiqə 30,3 saniyəlik göstərici ilə rəqiblərini qabaqlayıb. O, trassda 24 dövrə vurub. Corc Rassell 2-ci, “Aston Martin” üzvü Fernando Alonso 3-cü olub. “Red Bull”da çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 6-cı ən yaxşı nəticəni göstərib.

CANLI YAYIM