"Zirə" "Neftçi"nin sabiq futbolçusu ilə anlaşıb

27 Fevral, 10:10 Sosial mediada paylaşın:
“Zirə” klubu yeni legionerlə güclənib.
Qəsəbə klubu Sezar Meza Kolli ilə anlaşıb. Vaxtilə ölkəmizdə “İnter” (indiki “Şamaxı”) və “Neftçi”nin şərəfini qorumuş paraqvaylı sabah yenidən Azərbaycana təşrif buyuracaq. 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən, bu müddətdə 55 oyunda meydana çıxan və 6 qol vuran yarımmüdafiəçi ötən ilin iyununda burdan ayrılmışdı.Cənubi amerikalı ötən ayları Səudiyyə Ərəbistanının birinci divizion klubunda - "Ohod"da keçirib.

CANLI YAYIM