Həndbol millimiz AÇ-nin seçmə mərhələsində Litva ilə qarşılaşacaq

26 Fevral, 10:00 Sosial mediada paylaşın:
Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
5-ci qrunda mübarizə aparn komandamız 3-cü turda Litva yığmasını qəbul edəcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 17-də başlanacaq. Xatırladaq ki, 2 turdan sonra millimizin hesabında xal yoxdur. Həndbolçularımız seçmə mərhələnin ilk oyununda Şimali Makedoniya, daha sonra İspaniya yığması ilə görüşdə məğlub olub.  Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar və ən yaxşı 3-cü yerin sahib olan 4 kollektiv Avropa çempioatına vəsiqə qazanacaq. Qitə yarıışının final mərhələsi noyavrın 28-dən dekabrın 15-dək Avstriya , Macarıstan və İsveçrədə təşkil olunacaq. 

CANLI YAYIM