"Barselona" heç-heçə etdi, "Arsenal" uduzdu

22 Fevral, 12:10 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının 1/8 finalında İtaliya çempionu “Napoli” doğma arenada La Liqanin qalibi “Barselona”nı qəbul edib. Meydan sahibləri yeni baş məsqçi ilə çıxdıqları oyunda heç-heçə ediblər. Hesab 2-ci hissədə açılıb. 1 saatın tamamında Robert Levandovski yerli azarkeşləri məyus edib. Amma “Napoli” futbolçuları qalan vaxtda hesabı bərabərləşdirə biliblər. Viktor Osimhen komandasını məğlubiyyətdən xilas edib: “Napoli” -  “Barselona” 1:1. 
Günün digər görüşü Portuqaliyada keçirilib. Yerli “Portu” doğma arenada “Arsenal”ı qəbul edib. Premyer Liqada son 5 oyununda qalib gələn London klubu bu görüşdə azarkeşlərini məyus edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. 2-ci hissəyə artırılan vaxtda Qaleno baxımlı qol vuraraq “Portu”ya minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, bu qarşılaşmaların cavab oyunları martın 12-də müvafiq olaraq Barselona ve Londonda keçiriləcək. 

CANLI YAYIM