Dadaş Dadaşbəyli Avropa çempionu oldu

20 Fevral, 11:00 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan idmançısı Dadaş Dadaşbəyli uğur qazanıb.
Milli komandamızın üzvü toplam 2 növdə, eləcə də ümumi göstəricidə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, birdənqaldırma hərəkətində 176 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionatının qalibi olub. Atletimiz təkanlaqaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. Ümumilikdə 388 kq nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qyed edək ki, kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.

CANLI YAYIM