Azərbaycan Televiziyası 1956-cı ilin bu günü fəaliyyətə başlayıb

14 Fevral, 11:34 Sosial mediada paylaşın:
Bu gün Azərbaycan Televiziyasının yaranma günüdür. 68 yaşlı televiziyamız 1956-cı il fevralın 14-də tamaşaçıların görüşünə gəlib.
Böyük inkişaf yolu keçən Azərbaycan Televiziyası ölkə həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rola malikdir. AzTV-nin nəzdində fəaliyyət göstərən "İdman TV" və "Mədəniyyət" kanalları da öz sahələri üzrə ixtisaslaşmış müasir media qurumuna çevrilib. Fevralın 1-də İdman telekanalı 15 yaşını qeyd etdi, bu gün isə Mədəniyyət TV-nin efir fəaliyyətinə başlamasından 13 il ötür. Peşə bayramımız münasibətilə bütün həmkarlarımızı təbrik edir, tükənməz yaradıcılıq uğurları arzulayırıq.

CANLI YAYIM