"Mançester Siti" inamlı qələbə qazandı

6 Fevral, 12:10 Sosial mediada paylaşın:
İngiltərə çempionatının 23-cü turunda “Mançester Siti”  səfərdə “Brentford”la qarşılaşıb. Görüşə qonaqlar daha fəal başlasa da hesabı meydan sahibləri açıblar. Nil Mope diqqət mərkəzinə düşüb. Hissəyə əlavə olunan vaxtda Fil Foden tarazlığı bərpa edib. 2-ci yarıda “şəhərlilər”in ardıcıl hücumları davam edib. 53-cü dəqiqədə Fil Foden özünün və komandasının 2-ci qolunu vurub. Bir qədər sonra ingiltərəli yarımmüdafiəçi het-trikini rəsmiləşdirib. Beləliklə 3:1 hesabilə qalib gələn Mançester Siti əsas rəqibi “Liverpul”dan bir oyun az keçirməklə xallarının sayını 49-a yüksəldib və 2-ci pillədə qərarlaşıb. Liverpul isə 51 xalla liderdir. 
Əlavə edək ki, İngiltərə Premyer Liqasının 23-cü turunda qapılara 45 qol vurulub və bu göstərici çempionatda yeni rekorddur. Daha əvvəl 2020-2021 və 2022-2023 mövsümlərində  bir turda 44 qol qeydə alınmışdı.

CANLI YAYIM