"İdman TV" 15 yaşında!

1 Fevral, 11:00 Sosial mediada paylaşın:
İdman Tv 15 yaşını qeyd edir. Kanalımız bu gün ölkə teleməkanında öz layiqli yerini tutub. Bunu televiziyamızın ünvanına gələn saysız hesabsız təbriklər, keçirilən  sorğular bir daha təsdiq edir. Verilişlərin rəngarəngliyi , operativlik, həm də yayım keyfiyyəti baxımından İdman tv regionun idman kanalları arasında lider mövqeyindədir.  
Kütləvi informasya vasitlərinin inkişafı üçün hər bir şəraitə malik olan ölkəmzdə bir çox televiziyalar fəaliyyət göstərir. Müasir dövrümüzdə texnoloji yeniliklərlə informasiyanın əldə olunması asanlaşsa da, bu sahədə televiziyanın önəmi dəyişməz qalır. Kəskin rəqabət mühitində fərqlənmək, geniş tamaşaçı auditoriyası toplamaq televiziya əməkdaşlarından böyük fədakarlıq, yüksək peşəkarlıq tələb edir. Bu mənada tam cəsarətlə deyə bilərik ki, 15 yaşını qeyd edən “İdman TV”  teleməkanında öz layiqli yerini tutub, öz dəst xəttini formalaşdırmağa müvəffəq olub. Əsas məqsədi operativlik, yarış meydanlarından canlı yayımların təşkili, eləcə də rəngarəng proqramların hazırlamasından ibarət olan telekanalımızın fəaliyyətində müasir dövrün idmana xas yüksək dinamikası aydın nəzərə çarpır.
İdman Televiziyası 2009-cu il fevralın 1-də fəaliyyətə başlayıb. Ölkə idmanının sürətli inkişafı, atletlərimizin beynəlxalq yarışldra yüksək naliyyətlərinin artması və qazanılan nəticələrin geniş şəkildə işıqlandırılamsı İdman Televiziyasının yaranması zərurətini ortaya qoydu. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar cəmiyyətinin nəzdində efir həyatına qədəm qoyan “İdman TV” bu gün geniş tamaşaçı auditoriyasına malikdir.
Geridə qalan 15 ilin mənzərəsinə nəzər yetirdikdə  tam əminliklə belə deyə bilərik ki, kanalımız yaşı ilə müqayisədə daha müdrik, daha inkişaf etmiş görünür. Əlbəttə ki, bu fəaliyyətinin əsas tərkibini kanalımızın gecə-gündüz, var qüvvəsi ilə çalışan kollektivi formalaşdırıb. Tamaşaçılar televiziyanın təqdim etdiyi verilişlərdə müxtəlif mövzulara özünəməxsus tərzdə yanaşmaların və yüksək peşəkarlığın şahidi olurlar. Buna görə də izləyicilər kanalımızın verilişlərini böyük həvəslə izləyirlər. Təsadüfi deyil ki, bu gün müxtəlif yaş qruplarından olan tamaşaçılar “İdman TV”nin informasiya proqramlarının və digər verilişlərinin efir saatını böyük səbirsizliklə gözləyirlər.
Əlbətdə 15 ərzində “İdman TV” böyük yol qət edib. Televiziyamız hazırda gənclik dövrünə qədəm qoyur. Gəncliyin özü  isə bir dimnamikdadır. İdman TV bu dimanikanı hər zaman qoruyur.  
  Fəaliyyətimiz dövründə müxtəlif növlər üzrə dünya, Avropa çempionatları, olimpiya təsnifat turnirləri, yüksək kateqoriyalı beynəlxalq yarışlar “İdman TV” ilə yayımlanıb. Amma, təbii ki, Yay və Qış Olimpiya Oyunları, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, futbol üzrə dünya çempionatı, UEFA Çempionlar Liqası, Avropa Liqası və bu kimi çoxsaylı mötəbər turnirlər xüsusi çəkiyə malikdir. Bakıda keçirilən futbol üzrə Avropa  çempionatı, Formula 1 üzrə dünya çempionatları, gimnastika idmanı üzrə dünya və Avropa çempionatları, eləcə də dünya kubokları və digər nüfzulu büynəlxalq yarışlar  “İdman Tv”-də  yüksək peşəkarlıqla azarkeşlərə təqdim edilib.   “İdman TV”nin verilişlərində - “İdman Aktual”, “Mərkəzi xətt”, “Bilinməyən mən”,  “Bayraqdar”, “Şahmat klubu”,  “Premyer Liqa”, “Veloekstrim”,  “Harmoniya”, “Kort”, “Basketbol”, “Sport -103, “Avto İdman”, “Telefitnes”və sair proqramlarda müasir telejurnalistikanın müxtəlif yaradıcılıq üsulları tətbiq olunur.  Kanalımızda gün ərzində 5 dəfə ,eləcə də  Azərbaycan Televiziyasında 3 dəfə təqdim olunan “İdman xəbərləri”nin hər bir buraxılışı  böyük maraqla izlənilir. Əməkdaşlarımızın yarış meydanlarından birbabaşa bağlanatıları kanalımızın operativlikdə lider mövqeyində olduğunu bir daha təsdiqləyir.  “İdman Tv” –nin uğurlarından biri də həftədə 5 gün yayımlanan “İdman Səhər” proqramıdır ki, buradan da hər səhər tamaşaçılarımıza müsbət  enerji ötürülür.
Hazırda dünyaya yayımlanan İdman TV  bu gün Azərbaycan idmanının təbliğatçısı, atletlərimizin uğurlarının carçısı, eləcə də  idmanımızın inkişafı istqiamətində  mühüm işlər həyata keçirir.
Qarşıda isə hələ böyük yarışlardan saysız-hesabsız birbaşa yayımlar, telereportajlar var, istəkli dostlar. İdman Tv bundan sonra da  Azərbaycan idmançılarının beynəlxalq arenalarda uğurlarının işıqlandırılaması, sağlam həyat tərzinin təbligi yolunda missiyasına sadiq qalacaq.
 

CANLI YAYIM