Yannik Sinner ilk dəfə "Böyük Dəbilqə" yarışını qazandı

29 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Mövsümün "Böyük dəbilqə" seriyasından ilk tennis turniri - "Australian Open"ə yekun vurulub. Kişi idmançıların finalında Yannik Sinner və Daniil Medvedev üz-üzə gəlib. 4 saata yaxın davam edən matç gərgin mübarizə şəraitində keçib. İlk iki setdə Medvedev qələbə qazanıb. Hesabda geri düşməsinə baxmayaraq, Sinner asan təslim olmayıb. Təşəbbüsü ələ alan 22 yaşlı raketka ustası ardıcıl üç hissədə rəqibini məğlub edərək fəxri mükafata sahib çıxıb.
Bu, Yannikin ilk  "Böyük dəbilqə" tituludur. O, "Australian Open"in qalibi olan ilk italiyalı tennisçi kimi də tarixə düşüb. Həmçinin Sinner 2008-ci ildən bəri Melburnda çempionluq yaşayan ən gənc kişi raktka ustasıdır. Həlledici görüşdə uğursuzluğa düçar olan Daniil Medvedev isə daha öncə iki dəfə sözügedən yarışda finala çıxsa da, Novak Cokoviç və Rafael Nadala məğlub olmuşdu. Rusiya təmsilçisi yeganə "Böyük dəbilqə" titulunu 2021-ci ildə "US Open"də qazanıb.

CANLI YAYIM