Qurban Qurbanov "Bayer"in düşərgəsində olub

25 Yanvar, 12:00 Sosial mediada paylaşın:
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Bayer” Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso ilə görüşüb. Qurbanov səfərin məqsədii barədə məlumat verib: "Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. "Bayer 04"ün oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi. Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim" deyə Qurban Qurbanov bildirib.

CANLI YAYIM