"Xəzri" əzmkar qələbə ilə liderliyə yüksəldi

11 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan Basketbol Liqasında 2-ci dövrəyə start verilib.
10-cu turda “Xəzri” Neftçi ilə qarşılaşıb. Bu oyunda azarkeşlər sona qədər gərgin və maraqlı mübarizə izləyiblər. Yekunda “Xəzri” komandası 86:84 hesablı qələbə qazanıb. Üstün oyunu ilə seçilən millimizin kapitanı Amil Həmzəyev 22 xal və 8 ribaundla komandasının qalibiyyətində əsas pay sahibi olub. “Neftçi”nin heyətində isə Kamran Məmmədov ən yaxşı olub. O, 20 xal və 6 ribaundla fərqlənib. Hazırda 1 oyun çox keçirən “Xəzri” liqada 18 xalla liderdir. “Neftçi”nin hesabında isə 16 xal var. 10-cu turun digər görüşlərində “Sumqayıt” – “NTD İndiqo”, “Cəlilabad” – “Sərhədçi”, “Şəki-Xırdalan” və “Gəncə” – “Sabah” oyunları keçiriləcək.

CANLI YAYIM