5 boksçumuz Avropa birinciliyinin yarımfinalında mübarizə aparacaq

17 Noyabr, 12:25 Sosial mediada paylaşın:
Monteneqronun Budva şəhərində 22 yaşadək boksçuların Avropa birinciliyində daha 4 boksçumuz yarımfinala yüksəlib.
Marjona Savriyevadan sonra daha 4 təmsilçimiz ən azı bürünc mükafatı təmin edib. 48 kqda Tural Sarıyev 1/4 finalda irlandiyalı Padraiq Dovneyi 5:0  hesabı ilə məğlub edib. O, yarımfinalda Rusiya idmançısı ilə döyüşəcək. 51 kqda  italiyalı rəqibini 5:0  hesablı qələbə ilə mübarizədən kənarlaşdıran Avropa çempionu Nicat Hüseynov finala gedən yolda türkiyəli Semih Gümüşlə üz-üzə gələcək.  57 kqda  Əzrək Bəbirov 1/4 finalda irlandiyalı Pirs Keridən üstün olub. O, növbəti görüşündə Rusiyanı təmsil edən Rafiq Əmirxanovla  üz-üzə gələcək. 80 kqda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev Almaniya boksçusu Delil Dadayevə 4:1 hesabı ilə qalib gəlib. Milli üzvü yarımfinalda fransalı Yojerlin Sesarla qarşılaşacaq.

CANLI YAYIM