Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəlib

16 Noyabr, 15:52 Sosial mediada paylaşın:
Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.
 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.
O, 1/4 finalda belaruslu İrina Vinaradavanı 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, milli üzvü finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də baş tutacaq.

CANLI YAYIM