Qadın futbolçularımız Millətlər Liqasında daha bir qələbə qazandı

1 Noyabr, 11:15 Sosial mediada paylaşın:
Qadın futbolçulardan ibarət millimiz UEFA Millətlər Liqasının C divizionunda məğlubiyyətsiz irəliləyir. 3-xü qrupda çıxış edən komandamız 4-cü oyunda Monteneqro kollektivini qəbul edib. İlk hissədə hesab açılmayıb. Futbolçularımız fasilədən sonra təşəbbüsə yiyələnərək rəqib qapısından 3 cavabsız top keçiriblər. 58-ci dəqiqədə Manə Mollayeva ilk qolu vurub. Çox keçmədən Nazlıcan Parlak fərqi artırıb. Vaxtın bitməsinə 6 dəqiqə qalmış fərqlənən Ayşən Əhmədova isə mübarizəyə nöqtə qoyub. Azərbaycan komandası ardıcıl 3-cü qələbədən sonra 10 xalla 3-cü qrupun lideridir. 3 xal geri qalan Kipr seçməsi 2-ci, Monteneqro millisi 6 xalla 3-cüdür. 4 görüşün hamısında uduzan Farer Adaları komandası autsayderdir.

CANLI YAYIM