Karate millimiz dünya çempionatını 2 qızıl medalla başa vurdu

30 Oktyabr, 12:10 Sosial mediada paylaşın:
Macarıstanda karate üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə komanda və parakarate yarışları olub. Parakarateçilərin mübarizəsində Emiliya Mitlinova qızıl medala layiq görülüb. Çempion idmançımız yarışdan sonra təəssüratlarını bölüşüb:  “Bu günə mən uzun illər idi hazırlaşırdım. İlk Dünya Çempionatı istədiyim kimi alınmamışdı, üçüncü yerə çıxmışdım. O vaxt qarşıma məqsəd qoydum ki, çempion olub, qızıl medal qazanacağam. Və budur istəyimə çatdım və qızıl medalı əldə etdim. Bundan sonra karate Olimpiya Oyunlarına salınsa, növbəti hədəfim paralimpiadanın qızıl medalı olacaq. Amma hələlik bu mənim ən böyük uğurumdur”.
Son gündə komanda yarışları da təşkil olunub. Millimiz bürünc medal uğrunda İtaliya kollektivi ilə üz-üzə gəlib. Rəqibinə uduzan seçməmiz yarışı mükafatsız başa vurub. Beləliklə  Azərbaycan Millisi Dünya Çempionatını 2 qızıl medulla başa vurub. Xatırladaq ki, daha əvvəl İrina Zaretska qadınların yarışında 68 kq çəki dərəcəsində  fəxri kürsünün ən yüksək piləsinə qalxmışdı.

CANLI YAYIM