"Sumqayıt" minimal hesabla qalib gəldi

26 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Azərbaycan çempionatında 2-ci turdan təxirə salınan oyun keçirilib.
“Sumqayıt” azarkeşləri önündə “Sabah”la qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. 4-cü dəqiqədə Kamran Əliyev meydan sahiblərinə qələbə qazandıran qolu vurub. Qalan dəqiqələrdə “Sabah” futbolçuları bir neçə epizodda fərqlənməyə yaxın olsalar da hesab dəyişməyib. Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran “Sumqayıt” klubu 6-cı pilləyə yüksəlib. Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən “Sabah” isə 10 xalla 8-ci yerdədir. Yarış cədvəlinə isə 20 xal toplayan “Zirə” və “Qarabağ” başçılıq edir.

CANLI YAYIM