Gimnastlarımız Bolqarıstanda gümüş medal qazandı

19 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
Bolqarıstanın Varna şəhərində Akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatı keçirilir.
Yarışda Azərbaycan idmançıları uğurla çıxış edərəl fəxri kürsüyə qalxıblar. Gənc idmançılarımızdan Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qrup temp hərəkətləri proqramında gümüş medala layiq görülüb. Qeyd edək ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü, Nəzrin Fərmanova, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu da qitə yarışında ölkəmizi təmsil edir.

CANLI YAYIM