"Azərreyl" avrokuboklarda mübarizəyə qələbə ilə başladı

18 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu avrokuboklarda 2023-2024-cü illər mövsümünə qələbə ilə start verib.
Təmsilçimiz “Çelenc” kubokunda mübarizəyə başlayıb. Komandamız qitə turnirinin 1/32 final mərhələsinin ilk matçında uğurlu çıxış edib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Ukraynanın “Balta” klubunu qəbul edən “Azərreyl” rəqibini 3:0 hesabı ilə məğlub edib. 25:18, 25:18 və 25:18. Komandamız Ukrayna təmsilçisi ilə yenidən üz-üzə gələcək. Kollektivlərin cavab matçı bu gün keçiriləcək. Görüş saat 20-də start götürəcək.

CANLI YAYIM