Kişi voleybolçuların Azərbaycan çempionatında yeni mövsüm başlanıb.
Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçısı “Neftçi” hazırki çempion “Murov Az Terminal”la üz-üzə gəlib. Maraqlı mübarizəyə səhnə olan görüşün ilk setində “Murov az Terminal” üstün olub 25:20. 2-ci hissədə isə 25:21 hesabı ilə qələbə qazanan Neftçi voleybolçuları tarazlığı bərpa ediblər. 3-cü set daha gərgin keçib. Dramatik mübarizədən Murov az terminal qalib ayrılıb 31:29. 4-cü hissə isə 25:17 hesabı ilə bitib. Beləliklə hazırki çempion mövsümə 3:1 hesablı qələbə ilə başlayıb. Günün digər matçında Azərreyl MOİK-i hər 3 setdə məğlub edib 25:15, 25:15 və 25:16.