FIFA "The Best" mükafatına namizədlərin siyahısını açıqlayıb

15 Sentyabr, 16:11 Sosial mediada paylaşın:
FİFA ənənəvi “The Best” mükafatına namizədlərin siyahısını açıqlayıb.  12 futbolçu sırasında daha çox “Mançester Siti”nin üzvlərinin adları diqqət çəkir. Xulian Alvares, Kevin De Bruyne, Erlin Holand, Rodri və Bernardu Silva ilə yanaşı yayda “şəhərlilər”in düşərgəsini tərk edən İlkay Gündoğan da siyahıdadır. Bununla yanaşı, “İnter”i Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna Marselo Brozoviç, “Napoli”nin hücumçuları  Xviça Kvaratsxeliya ilə Viktor Osimhen, “Pari Sen-Jermen”in lideri Kilian Mbappe, karyerasını  “İnter Mayami”də davam etdirən Lionel Messi və “Vest Hem”dən “Arsenal”a keçən Deklan Rays da ilin ən dəyərli futbolçusu adını qazanmağa namizəddir. Xatırladaq ki, ötən il bu mükafata Lionel Messi sahib olmuşdu.
Bununla yanaşı, ali futbol qurumu ən yaxşı qapıçı və məşqçi adını qazana biləcək namizədlərin də adını açqılayıb. Qapıçılardan Yasin Bunu, Tibo Kurtua, Ederson, Andre Onana və Mark-Andre Ter Ştegenin adları siyahıdadır. Ən yaxşı məşqçi isə Xosep Qvardiola, Xavi, Simone İnzagi, Luçano Spalletti və Antse Postekoqludan biri olacaq.

CANLI YAYIM