Polşa millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.
Polşa Futbol İttifaqı milli komandanın Avropa çempionatıın seçmə mərhələsində Albaniya yığmasına 0:2 hesabı ilə məğlubiyyətindən sonra belə qərar qəbul edib. Məsələ ondadır ki, Santuşun başçılığı altında bu komanda son 3 oyunun ikisində məğlub olub. Hazırda E qrupunda Polşa millisi 5 turdan sonra 6 xalla 4-cü yerdədir. Xatırladaq ki, Santuş 6 ay əvvəl bu posta təyin olunnuşdu. 2016-cı ildə Portuqaliya millisinə Avropa çempionluğunu qazandıran 69 yaşlı məşqçi Qətərdə keçirilən dünya çempionatında sonra vəzifəsindən ayrılmışdı.
![](https://idmantv.az/storage/news-categories/October2019/BHT2lYo3aiepmQcKwArO.jpg)