Mingəçevirdə avarçəkmə üzrə ölkə çempionatı keçirilir

13 Sentyabr, 12:10 Sosial mediada paylaşın:
Mingəçevirdə avarçəkmə üzrə azərbaycan çempionati keçirilir. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda 100-ə yaxın idmançı mübarizə aparır. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışırlar.  Ölkə çempionatının əsas məqsədlərindən biri ölkəmizdə avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etməkdir. Bu səbəblə yarışda əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verilib.
Əlavə edək ki, sentyabrın 14-də başa çatacaq yarışda fərqlənənlər yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq imkanı qazanacaqlar.

CANLI YAYIM