Polo millimiz Avropa çempionatında gümüş medal qazandı

11 Sentyabr, 13:15 Sosial mediada paylaşın:
 Almaniyanın Düseldorf şəhərində  polo üzrə Avropa çempionatı başa çatıb.
Azərbaycan yığması həlledici görüşdə İspaniya ilə üz-üzə gəlib. Görüş rəqibinin qələbəsilə yekunlaşıb. Bununla da komandamız qitə çempiomatının gümüş mükafatına layiq görülüb. Xatırladaq ki, yığmamız Avropanın ən güclü 8 komandasının mübarizəsində keçirdiyi 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup matçından qələbə ilə ayrılıb

CANLI YAYIM