"US Open"də 1/4 final mərhələsinə yekun vuruldu

7 Sentyabr, 15:17 Sosial mediada paylaşın:
Amerika Birləşmiş Ştatlarında keçirilən "Böyük Dəbilqə" seriyalı "US Open" turnirində 1/4 final mərhələsinə yekun vurulub.
Dünya bir nömrəsi, yarışın hazırkı qalibi Karlos Alkaras Aleksandr Zverevlə üz-üzə gəlib. Görüş ispaniyalı tennisçinin üstünlüyü şəraitində keçib. Güclü müqavimətlə üzləşməyən Alkaras hər üç setdə almaniyalı rəqibindən üstün olub - 6:3, 6:2 və 6:4. Onun yarımfinalda rəqibi Daniil Medvedev olacaq. Rusiyalı raketka ustası həmvətəni Andrey Rublyovla qarşılaşıb. 2 saat 48 dəqiqə davam edən mübarizənin yekununda Medvedevin 3:0 hesablı qələbəsi qeydə alınıb.
Qadınların yarışında WTA siyahısının ikincisi Arina Sabalenka uğurlu çıxışını davam etdirir. Belaruslu tennisçi Çin idmançısı Çjen Sinveni çətinlik çəkmədən məğlub edib - 6:1, 6:4. Sabalenka yarımfinalda Medison Kizlə qarşılaşacaq. Amerika Birləşmiş Ştatları təmsilçisi "Vimbldon"un qalibi Marketa Vondrouşova ilə görüşdə 2:0 hesabı ilə qələbə qazanıb.

CANLI YAYIM