Mingəçevirdə ilk dəfə triatlon yarışı keçirildi

4 Sentyabr, 13:15 Sosial mediada paylaşın:
İlin əvvəli gənclər paytaxtı elan olunan Mingəçevirdə ilk dəfə triatlon üzrə Azərbaycan çempionatı təşkil edilib. Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Smart Scoring”in dəstəyi ilə Kür Olimpiya-tədris mərkəzində keçirilən yarışda 6 yaş kateqoriyası üzrə qalib və mükafatçılar müəyyənləşib. Yeniyetmə İdmançılar 300 metr məsafədə üzgüçülük, 8 km məsafədə velosiped turnirində bacarıqlarını göstəriblər. 2 km məsafədə qaçış turnirində yarışıblar. Böyüklər üçün isə üzgüçülük məsafəsi 1500 metr olub.  velosiped yarışı 40 km, qaçlış turniri 10 km məsafəni əhatə edib. Fərdi qaydada olimpiya məsafəsini qət edən idmançılar arasında Kişilərdən Toğrul Məmmədov, qadınlardan isə Kseniya Voronina finişə 1-ci çatıb.
Komanda yarışında qadınlarda Aysel Səfərova, Svetlana Yevkina, Lalə Əzizova, kişilərdə Musa Mikayılzadə, Cəfər Məmmədov və Cəlal Süleymanov birinci yeri tutublar. Federasiya prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlamasında Triatlon üzrə Azərbaycan çempionatının ilk dəfə Mingəçevirdə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Triatlon üzrə Azərbaycan çempionatında bütün kateqoriyalar üzrə  qalib və mükafatçılar müəyyənləşəndən sonra fərqlənən idmançılara medallar, diplom, qiymətli hədiyyələr təqdim olunub.

CANLI YAYIM