Cüdoçumuz dünya çempionu olaraq tarixə düşdü

25 Avqust, 11:15 Sosial mediada paylaşın:
Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmə cüdoçuların dünya birinciliyi keçirilir. Qız idmançılarımızdan Xədicə Qədəşova fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq tarixi nəticə göstərib. 52 kq-da mübarizə aparan idmançımız finalda fransalı rəqibini məğlubiyyətə uğradaraq dünya çempionu olub. Xatırladaq ki, indiyədək bütün yaş kateqoriyalarında heç bir qadın cüdoçumuz dünya çempionatında qızıl medal qazana bilməmişdi.
Əlavə edək ki, oğlanlardan Əbil Yusubov 66, Məhəmməd Musayev isə 60 kq-da finala çıxsa da, uduzaraq gümüş medalla kifayətlənib. Qeyd edək ki, yeniyetmə cüdoçuların dünya birinciliyi avqustun 27-si yekunlaşacaq.

CANLI YAYIM