Hemilton "Mersedes"lə razılığa gəlsə də, müqavilə hələ də imzalanmır

23 Avqust, 16:34 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan «Mersedes” aparıcı pilotu Lüis Hemiltonla yeni müqavilənin şərtlərini razılaşdırıb.
Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Sun” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, Lüis qarşıdakı iki ildə də Almaniya komandasının bolidini idarə edəcək. Hemilton mövsüm ərzində 50 milyon funt sterlinq məvacib alacaq. Amma müqavilənin hazırda imzalanması ilə bağlı müəyyən problemlər yaranıb. Məsələ ondadır ki, Hemiltonun “Mersedes”in sponsorlarının tələblərini yerinə yetirməyə vaxtı yoxdur. Britaniyalı pilot Almaniya komandası üçün vacib persona olduğunu anladığından öhdəlikləri yerinə yetirməyə tələsmir. Onun bundan yayınması isə komandasına sərf etmir. Xatırladaq ki, Lüisin “Mersedes”lə hazırkı müqaviləsi ilin sonunda başa çatacaq.

CANLI YAYIM