Para-cüdoçumuz Avropa çempionu oldu

9 Avqust, 11:15 Sosial mediada paylaşın:
Niderlandın Rotterdam şəhərində paralimpiyaçıların Avropa çempionatı keçirilir.
Azərbaycan millisinin 2 üzvü mötəbər yarışda medal qazanıb. Qadın para-cüdoçumuz Şəhanə Hacıyeva 48 kq-da bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. Kişilərdən isə 73 kq-da mübarizə aparan Namiq Abaslı gümüş mükafatla kifayətlənib.

CANLI YAYIM