"Ferrari" çempionatın ən dəyərli komandasıdır

20 İyul, 14:19 Sosial mediada paylaşın:
Amerika Birləşmiş Ştatlarının nüfuzlu “Forbes” nəşri Formula 1 komandalarının dəyəri ilə bağlı hesabat dərc edib.
Hesablamalar nəticəsində İtaliyanı təmsil edən “Ferrari”nin çempionatda mübarizə aparan 10 komanda arasında ən yüksək qiytmətə malik olması müəyyənləşib. Skuderiyaılıarın hazırkı dəyəri 3,9 milyard dollara bərabərdir. İkinci pillədə “Mersedes” qərarlaşıb. Almaniya komandasının 3,8 milyard dollar dəyəri var.  2,6 milyard dollar qiymətə malik “Red Bull” kollektivi isə 2,6 milyard dollarla 3-cü sırada qərarlaşıb. Bu mənada ən aşağı göstərici “Uilyams”a aiddir. Bu komandanın 725 milyon dollar qiyməti var.

CANLI YAYIM