Macarıstanda keçiriləcək "Masters" turnirində Azərbaycanı 12 cüdoçu təmsil edəcək

11 İyul, 12:15 Sosial mediada paylaşın:
Macarıstanın paytaxtı Budapeştdə cüdoçuların “Masters” seriyasından yarışı keçiriləcək.
Azərbaycan millisinin mötəbər turnir üçün heyəti müəyyənləşib. İlkin siyahıda 12 idmançının adı var. Kişilərdən Balabəy Ağayev, Turan Bayramov 60, Yaşar Nəcəfov, Kamran Süleymanov 66, Hidayət Heydərov 73, Səid Mollayi və Zelim Tçkayev 81, Murad Fətiyev 90, Zelim Kotsoyev 100, Camal Qamzatxanov, Uşangi Kokauri ən ağır çəkidə bacarığını göstərəcək. Qadınlardan isə Gültac Məmmədəliyeva 52 kq çəkidə tatami üzərinə çıxacaq. Qeyd edək ki, cüdoçuların masters yarışı avqustun 4-dən 6-dək keçiriləcək.

CANLI YAYIM