"Başakşehir" Türkiyə Kubokunun finalına yüksəlib

26 May, 14:44 Sosial mediada paylaşın:
Türkiyə kubokunda “Fənərbağça”dan sonra digər finalçının adına aydınlıq gəlib. “Ankaragücü” azarkeşləri önündə “Başakşehir”i qəbul edib. İlk oyun İstanbul klubunun  minimal hesablı qələbəsilə yekunlaşmışdı. Cavab qarşılaşmasında ilk qol 11-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ali Sou diqqət mərkəzinə düşüb. İkinci yarıya daha fəal başlayan qonaqlar tarazlığı bərpa ediblər. Sərdar Gürlər fərqlənib. Vaxtın tamamında isə Anastasios Çatziovanis 2-ci topu “Başakşehir”in qapısından keçirib. 2 görüşün nəticəsinə görə  2:2 hesabı qeydə alındığından əlavə vaxt oynanılıb. Əlavə hissədə Filip Keni fərqlənərək “Başakşehir”i Türkiyə kubokunun finalına çıxarıb. “Fənərbağça” ilə həlledici  matç iyunun 11-də keçiriləcək.

CANLI YAYIM