"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov başqa kluba keçə bilər

26 May, 12:10 Sosial mediada paylaşın:
"Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov yeni mövsümə başqa komandada başlaya bilər.
25 yaşlı hücumçuya iki klub təklif göndərib. Belə ki, "Sumqayıt" və "Zirə" İsgəndərovu heyətinə qatmaq üçün mübarizə aparır. Hər iki klub yeni mövsüm üçün Ülvini heyətində görmək istəyir. "Qəbələ"nin hücumçusunun yeni mövsümə hansı komandada başlayacağı isə yayda verəcəyi qərardan asılı olacaq. 

CANLI YAYIM