"Barselona" Jordi Alba ilə vidalaşdı

25 May, 14:51 Sosial mediada paylaşın:
İspaniyanın “Barselona” klubu futolçusu Jordi Alba ilə vidalaşıb.
Kataloniya tyəmsilçisinin rəsmi saytında 34 yaşlı müdafiəçinin mövsümün sonunda müqaviləsinin yenilənməyəcəyi açıqlanıb. Rəhbərliyin daha az maaş qarşılığında qalmaq təklifini qəbul etməyən İspaniya millisinin üzvünün 11 ilddən sonra komandanı tərk edəcəyi dəqiqləşib. O, iyulun 1-dən etibarən azad agent statusu daşıyacaq. Qeyd edək ki, Jordi Alba 2012-ci ildən “Barselona”nın heyətində çıxış edir.

CANLI YAYIM