"İnter" tarixində 9-cu dəfə İtaliya Kubokunun qalibi oldu

25 May, 12:15 Sosial mediada paylaşın:
İtaliya kuboku uğrunda yarışın final mərhələsi keçirilib.
Həlledici oyunda UEFA Çempionlar liqasının finalçısı İnterlə konfrans liqasında həlledici oyuna yüksələn Fiorentina üz üzə gəlib. Görüş paytaxt Romada- Olimpiya Stadionunda keçirilib. Hesab 3-cu deqiqədə açılıb. Nikolas Qonzales Florensiya klubunu irəli çıxarıb. Lakin Milan təmsilçisi ilk hissədə geri dönüş etməyə nail olub. 29-cu deqiqede Lautaro Martines bərabərlik yaradıb. Çox keçmədən argentinali dünya çempionu dublunu rəsmiləşdirib. Fasilədən sonra Fiorentina futbolçuları bərabərlik yaratmağa cəhd göstərsələr də səyləri heçbir nəticə verməyib. Bununla da İnter İtaliya kubokunun qalibi olub. Komanda tarixində 9-cu dəfə fəxri titula yiyələnib.

CANLI YAYIM