"Qarabağ" Bədavi Hüseynovla müqavilə müddətini yenilədi

24 May, 12:02 Sosial mediada paylaşın:
“Qarabağ” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Təcrübəli futbolçu Bədavi Hüseynovla aparılan danışıqlar müsbət nəticələnib. Müdafiəçi ilə 2 illik yeni müqavilə imzalanıb. Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunda çıxış edir.

CANLI YAYIM