Qurban Qurbanov Dünya Ədalətli Oyunlar diplomuna layiq görülüb

24 May, 12:00 Sosial mediada paylaşın:
 “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi  Şurası tərəfindən yüksək mükafata –“Jean Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb. 
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından bildirilib ki,  Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq.  Eyni zamanda  Beynəlxalq Ədalətli Oyunlar Komitəsi  Şurasının prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib. Xatırladaq ki,  Qurban Qurbanov bu mükafata ötən il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı ədalətli jestinə görə layiq görülüb.

CANLI YAYIM