"Yuventus" uduzdu, "Roma" 6 oyundur qalib gələ bilmir

23 May, 14:28 Sosial mediada paylaşın:
İtaliya A seriyasında 36-cı tur yekunlaşıb. Hesabından 10 xal silinəndən sonra avrokubok zonasından uzaq düşən “Yuventus” “Empoli”nin qonağı olub. Meydan sahibləri ilk hissədə rəqibi 2 dəfə cəzalandırıblar. 18-ci dəqiqədə Françesko Kaputo penaltini dəqiq yerinə yetirib. 3 dəqiqə sonra Sebastyano Luperto diqqət mərkəzinə düşüb. Fasilədən sonra azarkeşlər daha 3 qol görüblər. 48-ci dəqiqədə Françesko Kaputo dubl edib. Vaxtın bitməsinə 5 dəqiqə qalmış Federiko Kyeza fərqi azaltsa da, “Yuventus”un daha artığına gücü çatmayıb. 2-ci hissəyə əlavə olunan 3-cü dəqiqədə Roberto Pikkoli mübarizəyə nöqtə qoyub: “Empoli” – “Yuventus” 4:1.
“Roma” isə öz meydanında “Salernitana”nı məğlub edə bilməyib. 12-ci dəqiqədə qonaqlar Antonio Kandrevanın vurduğu qolla önə keçiblər. 47-ci dəqiqədə Stefan El Şaravi tarazlığı bərpa etsə də, 54-cü dəqiqədə Bulaye Dia “Salernitana”nı yenidən irəli çıxarıb. “Canavarlar” sona yaxın məğlubiyyətdən qurtulublar6. 83-cü dəqiqədə Nemanya Matiç yekun nəticəni müəyyənləşdirib: “Roma” – “Salernitana” 2:2. UEFA Avropa Liqasında final oyanaycaq paytaxt klubu hazırda 60 xalla 6-cıdır. “Salernitana” 39 xalla 15-cidir. Hesabından 10 xal silinən “Yuventus” 59 xalla 7-ci pillədədir.

CANLI YAYIM